Entoni Blinken: "Azad edilən pul İranın özünə məxsusdur"

   Entoni Blinken:    "Azad edilən pul İranın özünə məxsusdur"
  21 Sentyabr 2023    Oxunub:952
İranın Cənubi Koreyada azad etdiyi 6 milyard dollar pul neft ixracından qazandığı öz maliyyə resursları idi.
AzVision.az xəbər verir ki, ABŞ-nin Dövlət katibi Entoni Blinken “NBC” kanalına verdiyi müsahibədə Tehranla Vaşinqton arasında ikili vətəndaşlığı olan 5 məhbusun İranla mübadilə edilməsinə dair razılaşmanı alqışladığını bildirib.

“Mənim birinci vəzifəm xarici ölkələrdə sıxıntı içində olan Amerika vətəndaşlarına kömək etməkdir Xüsusən də haqsız yerə həbs olunanlara”, - Blinken deyib.

Dövlət katibi Amerika vətəndaşlarının azadlığa buraxılması müqabilində İranın blokdan çıxarılan altı milyard dollarlıq vəsaitinin necə və hansı məqsədlərə xərclənəcəyi məsələsinə də aydınlıq gətirib.

“Bu vəziyyətdə əsas məsələ, sərbəst buraxılan pulların İranın neft satışından əldə etdiyi və Cənubi Koreya banklarında blokadaya qoyulmuş pul olduğunu başa düşməkdir. Sanksiyalara əsasən, İran bu vəsaitlərdən humanitar malların idxalı üçün istifadə edə bilər. Bu pulların yalnız humanitar məqsədlər üçün istifadə ediləcəyinə əmin olmaq üçün biz bu vəsaitləri bir bank hesabından başqa ölkədəki (Qətər) digər bank hesabına çox aydın nəzarətlərlə köçürdük”, - Entoni Blinken vurğulayıb.

Maraqlıdır ki, ABŞ Dövlət katibi bu vəsaitlərin Amerika vergi ödəyicilərinin pulları olmadığını və yalnız İrana humanitar malların idxalı üçün istifadə edildiyini bildirib. Məhz buna görə də o, atılan addımın amerikalıları vətənə qaytarmaq üçün çox yaxşı bir razılaşma olduğunu vurğulayıb.

Əslində Entoni Blinken dolayısı ilə bir neçə gün əvvəl İbrahim Rəisinin sözügedən 6 milyarda dolların İrana və İran xalqına məxsus olduğu və buna görə də həmn vəsaitin hara və necə xərclənəcəyinin də onların müəyyənləşdirəcəyi barədə verdiyi bəyanatı təsdqiləyib.

Sahil İsgəndərov
Kamran İsayev

AzVision.az


Teqlər: Blinken   İran  





Xəbər lenti