Aleksus Qrinkeviç: Rusiya-İran əməkdaşlığı nahatlıq doğurur

   Aleksus Qrinkeviç:    Rusiya-İran əməkdaşlığı nahatlıq doğurur
  21 Sentyabr 2023    Oxunub:1127
İranın Fars körfəzində ticarət gəmilərinin hərəkətini təhdid etdiyi bir şəraitdə Tehran-Moskva əməkdaşlığının mümkün təhlükələri Suriyanın hava məkanından başqa yerlərə də keçə bilər.
AzVision.az xəbər verir ki, ABŞ Hərbi Hava qüvvələrinin (HHQ) Yaxın Şərqdəki komandanı general Aleksus Qrinkeviç Əbu-Dabidəki Amerika səfirliyində keçirilən mətbuat konfransında belə bəyanatla çıxış edib.

“İran pilotsuz təyyarələrinin Rusiyaya ixracının davam etməsi Tehranın silah proqramlarının Moskvanın köməyi ilə daha təhlükəli olmasına səbəb ola bilər. Kimin ağlına gələrdi ki, Rusiya lazım olan sursat və silahlar üçün İrana müraciət edəcək. Bu o deməkdir ki, Rusiyanın İrana borcu var və mən iki ölkə arasında əməkdaşlığın səviyyəsi və keyfiyyətindən narahatam. Bundan əlavə, Rusiya İrana olan borcunu qaytarmaq üçün “İslam xilafəti” döyüşçülərinə qarşı əməliyyatın tərkib hissəsi olan Amerika təyyarələrinin Suriya və İraq üzərində uçuşunu daha təhlükəli edə bilər”, - amerikalı general vurğulayıb.

Qeyd edək ki, son aylarda ABŞ-nin HHQ komandanlığı Rusiya qırıcılarının Suriya səmasında manevrlərinin keçmişlə müqayisədə daha təhlükəli olduğunu bildirib. Eyni zamanda, ABŞ Hörmüz boğazını daha yaxşı qorumaq məqsədi ilə bu bölgədə öz HHQ-nin operativ iştirakını artırıb.
AzVision.az


Teqlər: Qrinkeviç   İran  





Xəbər lenti