Reuters: Qətər ABŞ və İranla danışıqları artıracaq

   Reuters:    Qətər ABŞ və İranla danışıqları artıracaq
  21 Sentyabr 2023    Oxunub:1072
Bu həftə Qətər təmsilçiləri Tehranın nüvə proqramı və Vaşinqtonun İran PUA-larının Rusiyaya verilməsindən narahatlığı ilə bağlı ABŞ və İranla ayrı-ayrılıqda ikitərəfli görüşlər keçirib.
AzVision.az “Reuters” agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, Qətər əvvəlki danışıqlardan fərqli olaraq bu xüsusi görüşlərdə vasitəçi rolunu oynamayıb. Qətər diplomatları tərəflərlə bir neçə görüş keçirib, nəticədə İran və ABŞ arasında əsirlərin mübadiləsi olub.

Diplomatik ambisiyaları olan Qətər hər iki tərəfə daha çox danışıqlar aparmaq və “anlaşma”ya gəlmək üçün təzyiq etməyi planlaşdırır.

Adının çəkilməməsi şərti ilə “Reuters”-ə danışan məlumatlı mənbələrdən biri görüşlərin BMT-nin Baş Assambleyası çərçivəsində keçirildiyini və bu həftə daha çox ikitərəfli danışıqların aparılacağını bildirib.

Nyu-York görüşlərini bu yöndə ilkin təmasr kimi səciyyələndirən diplomat, əsas ideyanın nüvə məsələsində “anlaşmaya” gəlmək üçün gələcək dolayı danışıqlara zəmin yaratmaq olduğunu deyib.
AzVision.az



Teqlər: Qətər   vasitəçilik  





Xəbər lenti