“Şahçıraq işi” üzrə təqsirləndirilən şəxslərə iki dəfə ölüm hökmü çıxarılıb
Fars Ədliyyəsinin baş hakiminin sözlərinə görə, Şahçırağa ikinci hücumda başlıca təqsirləndirilən şəxslər də İŞİD qruplaşmasına üzv olduqlarını və bu qurumla əməkdaşlığı etiraf ediblər.
“İkinci və üçüncü dərəcəli müttəhimlər hücumun əsas səbəbkarının niyyətindən xəbərsiz olduqlarına görə müharibəyə köməklik və fəsad ittihamı ilə bağlı məhkəmə tərəfindən bəraət alıblar. Onların hər birinə 5 il həbs cəzası verildikdən sonra İrandan deportasiya ediliblər”, - Musəvi deyib.
Fars əyalətinin baş hakiminin elanına əsasən, “Şahçıraq işi” üzrə təqsirləndirilən şəxslər barəsində çıxarılan qərarlardan 20 gün ərzində şikayət verilə bilər.
AzVision.az