Böhran dərinləşir: Hindistan Kanadaya viza verilməsini dayandırır

      Böhran dərinləşir:    Hindistan Kanadaya viza verilməsini dayandırır
  21 Sentyabr 2023    Oxunub:1188
Hindistan Kanada vətəndaşlarına viza verilməsini dayandırır. Bu barədə Kanadadakı Hindistan viza mərkəzlərinin operatoru - BLS International saytında məlumat verilib.
Bildirilib ki, sentyabrın 21-dən etibarən sonrakı bildirişə qədər Hindistana viza alınması müraciətlərinə baxılması texniki səbəblərə görə dayandırılacaq.

Qeyd edək ki, belə bir mesaj bu ilin 18 iyununda Kanadada Sikh icmasının lideri, Hindistanda terrorçu hesab edilən Hardeep Singh Niccarın qətlə yetirilməsi fonunda Yeni Dehli ilə Ottava arasında münasibətlərdə böhranın yaranmasından sonra ortaya çıxıb .

Qətldən sonra Kanada Pəncabın Hindistandan ayrılmasını müdafiə edən bir sikh liderinin qətlində “Hindistan izini” elan edib. Bu kontekstdə yüksək postda olan bir hind diplomatı Kanadadan qovulub. Hindistan da öz növbəsində cavab tədbirləri həyata keçirib və Kanadadakı vətəndaşlarına mümkün qədər diqqətli olmağı tövsiyə edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Kanada  





Xəbər lenti