Rəisi: “Avropa və Amerikanın öhdəliklərini yerinə yetirməsi razılaşmaya yol hazırlaya bilər”

   Rəisi:    “Avropa və Amerikanın öhdəliklərini yerinə yetirməsi razılaşmaya yol hazırlaya bilər”
  21 Sentyabr 2023    Oxunub:1025
Rəsmi Tehranın fikrincə, avropalılar və amerikalılar tərəfindən öhdəliklərin yerinə yetirilməsi İranla münasibətlərdə “yaxşı razılaşmaya” yol aça bilər.
AzVision.az xəbər verir ki, BMT-nin Baş Assambleyası çərcivəsində İran prezidenti İbrahim Rəisi Amerika mediası ilə görüş zamanı belə iddia səsləndirib.

“Əgər amerikalılar öz öhdəliklərini yerinə yetirməyə hazır olsalar, bu, irəliləyiş üçün əsas ola bilər. Biz həm Qətərdən olan dostlarımıza, həm həm də mən BMT Baş Assambleyasında elan etdik ki, şərt amerikalıların öz öhdəliklərini yerinə yetirməsidir. Avropalılar və amerikalılar tərəfindən öhdəliklərin yerinə yetirilməsi yaxşı razılaşmaya yol aça bilər. Co Bayden hökuməti həqiqətən də bu ölkənin JCPOA qayıtmaqda maraqlı olduğunu nümayiş etdirməlidir”, - Rəisi deyib.

İran prezidenti sözlərin kifayət olmadığını və ABŞ-nin sanksiyaların ləğvi yönündə atacağı addımın dialoqun davam etdirilməsi üçün əsas ola biləcəyini vurğulayıb. O, həmçinin Tehranın nüvə fəaliyyətinin dinc xarakter daşıdığını və İranın zənginləşdirmə faizini artırması barədə iddiaların əsassız olduğunu bildirb.


AzVision.az


Teqlər: Rəisi   BMT  





Xəbər lenti