Bayden: “İran heç vaxt nüvə silahı əldə etməməlidir"

      Bayden:    “İran heç vaxt nüvə silahı əldə etməməlidir"
  21 Sentyabr 2023    Oxunub:852
ABŞ və İsrail İranın nüvə silahına sahib olmasının qarşısını alacaqlarını bəyan edib.
AzVision.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Qeyd edilir ki, ABŞ prezidenti Co Bayden və İsrailin baş naziri Benyamin Netanyahunun görüşü zamanı İranın təhdidləri ilə mübarizə aparmaq və Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq öhdəliyini vurğulanıb.

Görüş zamanı Bayden deyib: “İran heç vaxt nüvə silahı əldə etməməlidir. Biz regionun parlaq gələcəyini dayandırmaq istəyən qüvvələrə qarşı çıxa bilərik və onların başında İran dayanır”.

AzVision.az



Teqlər: İran  





Xəbər lenti