"Ümid edirik ki, artıq davamlı atəşkəs dövrü başlayacaq" - Peskov

   "Ümid edirik ki, artıq davamlı atəşkəs dövrü başlayacaq" -    Peskov
  21 Sentyabr 2023    Oxunub:1001
"Rusiya sülhməramlıları Qarabağ sakinlərinə təhlükəli əraziləri tərk etməyə kömək etmək üçün səy göstəriblər. Moskva bölgədə davamlı atəşkəsə ümid edir".
Bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Kreml təmsilçisi Rusiyanın təxliyə edilən Qarabağ sakinlərini qəbul edə bilərmi sualına: "Hələlik ehtiyacın olub- olmayacağını bilmirik. Sülhməramlılarımız bütün lazımi xidmətləri göstərib və bu insanların təhlükəli əraziləri tərk etmələrinə kömək etmək üçün səy göstəriblər.

Biz ümid edirik ki, artıq davamlı atəşkəs dövrü başlayacaq, köçkünlərin öz yaşayış yerlərinə qayıtması üçün şərait yaradılacaq”, - cavabını verib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti