Rusiya Xarkovu yeni raketlə vurdu

   Rusiya Xarkovu yeni raketlə vurdu
  21 Sentyabr 2023    Oxunub:881
Rusiya ordusu Xarkov vilayətini vurmaq üçün yeni raketdən istifadə edib.
Xarkov polisi istintaq idarəsinin rəisi Sergey Bolvinov bildirib ki, sentyabrın 19-da ruslar Kupyanskı “Qrom-E1” qanadlı raketi ilə vurublar. Zərbə nəticəsində Oskol çayı üzərindəki körpü dağılıb. Dördü kişi, ikisi qadın olmaqla altı nəfər ölüb.

Ruslar yerli sakinləri evakuasiya edən könüllülərin avtomobilini atəşə tutub.

Bolvinovun sözlərinə görə, belə sursatlar “X-38” raketinin modifikasiyasıdır və Rusiya ordusu ondan çox nadir hallarda istifadə edir.

"Qrom-E1" hibrid universal idarə olunan raketdir. Onun raket mühərriki və uçuş zamanı açılan qanadları var. Hədəfi peyk vasitəsilə niuşan alır. Maksimum məhvetmə məsafəsi 120 km ola bilər.

AzVision.az



Teqlər:





Xəbər lenti