ABŞ-da aerotaksi zavodu tikiləcək
Futuristik şaquli qalxma və eniş funksiyalı elektrik uçuş aparatları (eVTOL) izdihamlı şəhərlərdə birgə səyahətlər üçün alternativ vasitə qismində dünya bazarlarına yol tapır.
Ohayo ştatındakı “Joby Aviation” zavodunda ildə 500 qədər səssiz uçuş aparatı istehsal olunacaq, bu da 2 minə qədər iş yeri yaratmağa imkan verəcək. Ohayo ştatı, ştatın iqtisadi inkişafı üzrə “JobsOhio” korporasiyası və yerli investorlar layihənin dəstəklənməsinə təqribən 325 milyon dollar ayırıblar.
AzVision.az
Teqlər: