"Taxıl dəhlizi ilə bağlı müzakirələr davam edir" - KİV
"Xarici İşlər Nazirliyinin xətti ilə danışıqlar aparılır. Təchizatlara başlamaq üçün inzibati maneələri aradan qaldırmaq lazımdır", - agentliyin həmsöhbəti bildirib.
Mənbənin sözlərinə görə, Türkiyə bu cür tədarükləri həyata keçirməkdə qərarlıdır.
Qeyd edək ki, avqustun 31-də Moskvada Rusiya Federasiyası və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Hakan Fidan arasında danışıqlar aparılıb, onlar taxıl sazişini və 1 milyon ton Rusiya taxılının tədarükünün təşkili təşəbbüsünün həyata keçirilməsi parametrlərini müzakirə ediblər. Sentyabrın 4-də bu məsələni Soçidə Rusiya Federasiyası və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan müzakirə ediblər.
AzVision.az
Teqlər: