İranın Evin həbsxanasında daha bir məhbus ölüb

İranın Evin həbsxanasında daha bir məhbus ölüb
  30 Sentyabr 2023    Oxunub:896
Evin həbsxananın 4-cü palatasındakı məhbuslardan biri müalicəsi gecikdiyiniə və vaxtında xəstəxanaya göndərilmədiyinə görə dünyasını dəyişib.
AzVision.az Evin həbsxanasında məhbəsdə olan kino və televiziya rejissoru Nəvid Mihəndustun məktubuna istinadən xəbər verir ki, “dövlət məmuru ilə böyük mühasibat mübahisə” nəticəsində həbs edilmiş altmış yaşlı mərhum “mədə qanaxmasının ağırlaşması” səbəbindən ölüb.

“Evin həbsxanasının tibb məntəqəsində ölən şəxsin xəstəxanaya göndərilməsi ilə bağlı “ixtilaf” olub. Mərhum özəl xəstəxanaya köçürülmək istəsə də, icazə məktubu onun ölümü təsdiqləndikdən on beş dəqiqə sonra gəlmişdi. Evin tibb məntəqəsinin rəhbəri sadiq həkimdir, lakin sadiq və əzmkar həkim olmaq tibb mərkəzini idarə etməkdən çox fərqlidir. Bu xəstəxananın müalicə heyəti hətta məntəqə rəhbərinin iştirakı ilə məhbuslarla qeyri-insani davranır”, - Mihəndust deyib.

Evin həbsxanasında ölən məhbusun kimliyi hələ müəyyən edilməyib və ölkənin məhkəmə sistemi bu xəbərə münasibət bildirməyib.
AzVision.az


Teqlər: İran   məhbus  





Xəbər lenti