Ameriaklı ekspertlərdən ibarət İran şəbəkəsi ifşa olunub

Ameriaklı ekspertlərdən ibarət İran şəbəkəsi ifşa olunub
  30 Sentyabr 2023    Oxunub:1068
ABŞ prezidentinin İran üzrə keçmiş xüsusi nümayəndəsi Robert Mellinin üç köməkçisi beynəlxalq arenada öz nüfuzunu artırmaq üçün İslam respublikasının yaratdığı Tehranın hökumət şəbəkəsinin tərkibində olublar.

AzVision.az İranın “Iran International” müxalif telekanalının məlumatına istinadən xəbər verir ki, bu şəxslər “İranlı ekspertlərin təşəbbüsü” (IEI) adlı qrupa daxil olublar. Onlar Tehranın “yumşaq güc” imkanlarını genişləndirmək məqsədi ilə nüfuzlu KİV-lərdə müxtəlif məqalələr dərc və xəbər telekanalrında çıxışlar ediblər.

“İranlı ekspertlərin təşəbbüsü” (IEI) Tehranın xarici siyasət kursunun və teokratik rejimin nüvə etrategiyasının təbliği üşün xarici alimlərin və tədqiqatçıların şəbəkəsini yaratmaq məqsədi ilə 2014-cü ildə İranın Xarici İşlər nazirliyi tərəfindən işlənib-hazırlanıb.

“Yumşaq güc” digər dövlətlərə təsir etmək, əməkdaşlıq yolu ilə lazım olan nəticələri qazanmaq və təsir göstərən tərəfin müsbət obrazını yaratmaq üçün istifadə edilən xarici siyasət metodları kompleksidir.
AzVision.az




Teqlər: İran   ABŞ  





Xəbər lenti