Meksikada kütləvi məzarlıq aşkarlanıb

Meksikada kütləvi məzarlıq aşkarlanıb
  30 Sentyabr 2023    Oxunub:1064
Meksikanın Miçoakan ştatının Takambaro bələdiyyəsində axtarış-xilasetmə qrupu onlarla insanın qalıqlarının olduğu gizli kütləvi məzarlıq aşkarlayıb.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

“Takambaroda gizli məzar kimi istifadə edilən dərədə ümumilikdə 45 cəsəd aşkar edilib”, - axtarış qrupunun təsisçisi və Meksikanın Yaşıllar Ekoloji Partiyasının (PVEM) nümayəndəsi Marqarita Lopez Peres deyib.

O, ekspertlərin toplaması üçün zibillik kimi istifadə edilən 200 metr dərinlikdəki dərədə də çoxsaylı skelet parçaları tapıldığını və buna görə də ölənlərin sayının artacağının gözlənildiyini söyləyib.

2011-ci ildə girov götürülən qızını axtaran Lopez Peresin sözlərinə görə, bütün qalıqlar DNT məlumat bazaları ilə müqayisə edilmək üçün Baş Prokurorluğun mütəxəssislərinə təhvil veriləcək ki, cəsədlər həlak olanların yaxınlarına verilsin.

AzVision.az



Teqlər: İspaniya   KütləviMəzarlıq  





Xəbər lenti