"Oğlumla bağlı kitabda yazılanlar cəfəngiyyatdır" - İlon Maskın atası

   "Oğlumla bağlı kitabda yazılanlar cəfəngiyyatdır" -    İlon Maskın atası
  01 Oktyabr 2023    Oxunub:1033
“SpaceX” və “Tesla”nın qurucusu İlon Maskın atası Errol Mask milyarderin Valter İsaakson tərəfindən yazılmış tərcümeyi-halını cəfəngiyat adlandırıb.
Söhbət “Elon Musk” adlı kitabdan gedir. 77 yaşlı cənubi afrikalı mühəndis qeyd edib ki, bu əsərdə təqdim olunan nəticələr reallığa uyğun gəlmir. Xüsusilə, o, oğlu ilə çətin münasibətlərinin SpaceX-in yaradıcısının şəxsi həyatında problemlər yaratması fikrini təkzib edib.

“İlon Mask əldə etdiklərinə görə mənə borcludur. Bunu təvazökarlıqla deyirəm. Mən əlimdən gələni etdim. Bu kitab doğru deyil. Bu şou üçün materialdır. Müəllifə e-poçt göndərdim və bu barədə ona narazılığımı bildirdim”, - milyarderin atası deyib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti