Ankaradakı terrorun baş verdiyi yerdə partlayıcı maddə və silah aşkarlandı

   Ankaradakı terrorun baş verdiyi yerdə partlayıcı maddə və silah aşkarlandı
  01 Oktyabr 2023    Oxunub:1253
Türkiyə Daxili İşlər Nazirliyi Ankaranın mərkəzində terror aktına cəhd yerində 10 kq-a yaxın partlayıcı maddə və silah aşkarlandığını bildirib.
Nazirliyin verdiyi digər məlumata görə, terror aktı törətməyə cəhd edənlərdən biri PKK üzvüdür.

Qeyd edək ki, bu gün səhər saatlarında iki terrorçu Daxili İşlər Nazirliyinin binası yaxınlığında partlayıcını işə salıb. Qısamüddətli atışmadan sonra terrorçulardan biri zərərsizləşdirilib. Hadisə nəticəsində iki polis əməkdaşı xəsarət alıb.

PKK terror təşkilatı Türkiyənin Ankara şəhərindəki törədilmiş terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti