Türkiyə Ukraynaya "Akıncı" PUA-ları verə bilər

   Türkiyə Ukraynaya "Akıncı" PUA-ları verə bilər
  02 Oktyabr 2023    Oxunub:1216
Türkiyə "Bayraktar Akınsi" pilotsuz təyyarələrinin Ukraynaya təhvil verilməsi məsələsini nəzərdən keçirir.
AzVision.az xəər verir ki, bunu “Baykar” istehsal şirkətinin baş direktoru Haluk Bayraktar “Azadlıq” radiosuna müsahibəsində deyib.

Bayraktarın sözlərinə görə, Ukraynada müəyyən tipli İHA istehsal etmək üçün şirkət Türkiyə hökumətindən icazə almalıdır. "Müdafiə sahəsində əməkdaşlıqda dövlətin icazəsi lazımdır və bizdə bu icazə var. Ona görə də "Akıncı" məsələsi nəzərdən keçirilir", - şirkət rəhbəri əlavə edib.

Qeyd edək ki, sentyabrın 29-da Kiyevdə keçirilən birinci müdafiə sənayesi forumunda Bayraktar Ukraynada PUA istehsal edən zavodun tikintisini 1,5 il ərzində başa çatdırmağı planlaşdırdıqlarını açıqlayıb. Onun sözlərinə görə, şirkət bütövlükdə Ukraynaya təxminən 100 milyon dollar sərmayə qoyur: Bu vəsait zavodun tikintisi ilə yanaşı, xidmət mərkəzinin və şirkətin Ukraynadakı baş ofisinin saxlanmasına sərf olunur.

AzVision.az


Teqlər:





Xəbər lenti