Gecə klubunda yanğın: 18 nəfər itkin düşüb

Gecə klubunda yanğın:    18 nəfər itkin düşüb
  02 Oktyabr 2023    Oxunub:1072
İspaniyanın Mursiya şəhərində gecə klublarından birində güclü yanğın baş verib.
Şəhər merinin müavini Rebeka Peresin yaydığı məlumata görə diskoteka üçün kluba toplaşan gənclər qəfl başlayan yanğının qurbanı olublar.

"Təəssüf ki, yayılan məlumata görə, 18 nəfər itkin düşüb", - Perez RTVE televiziyasına deyib.

Mursiya merinin müavini isə xilasetmə xidmətlərinin axtarış işlərini davam etdirdiyini qeyd edib.

Mursiya Muxtar İcmasının fövqəladə hallar xidmətinin məlumatına görə, oktyabrın 1-də gecə klubunda baş verən yanğın nəticəsində 13 nəfər ölüb. Mursiya şəhərinin meri Xose Ballesta həlak olanlar üçün üç günlük matəm elan edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: İspaniya   Yanğın  





Xəbər lenti