İranlı jurnalistlər qadınlar üçün Ədalət mükafatına layiq görüldülər

İranlı jurnalistlər qadınlar üçün Ədalət mükafatına layiq görüldülər
  02 Oktyabr 2023    Oxunub:1168
Klunilər ailəsinə bağlı “Colony Foundation for Justice” hüquqi təşkilatı “Qadınlar üçün Ədalət” illik mükafatını həbsdə olan iranlı jurnalistlər Nilufər Həmidi və İlahə Məhəmmədiyə təqdim edib.
AzVision.az xəbər verir ki, onların Amerikada yaşayan iranlı həmkarı Yeganə Rzayiyan mükafatı iki jurnalistin adından alaraq, İranda qadınların vəziyyəti ilə bağlı çıxış edib.

Xatırladaq ki, söz və mətbuat azadlığının müdafiəsi naminə bu fondu İnsan haqları üzrə hüquqşünas Əməl Kluni və Hollivud aktyoru Corc Kluni təsis ediblər.

Məhsa Əmininin ölümü və dəfni ilə bağlı xəbərlər hazırladıqları üçün həbs olunan Nilufər Həmidi və İlahə Məhəmmədi bir ildir ki, həbsxana həuatı yaşayırlar. İran hakimiyyəti dövlət təhlükəsizliyi ilə bağlı onlara qarşı ağır ittihamlar irəli sürüb.
AzVision.az



Teqlər: İran   jurnalistlər  





Xəbər lenti