Erməni bloger hərbi canilərin Qarabağda qaldıqlarını təsdiqlədi

   Erməni bloger hərbi canilərin Qarabağda qaldıqlarını təsdiqlədi
  02 Oktyabr 2023    Oxunub:1037
Sosial şəbəkələrin erməni seqmentində Qarabağla bağlı dezinformasiyalar artmaqdadır.
Dünən erməni teleqram kanalları paylaşımlarında iddia ediblər ki, guya separatçıların keçmiş "prezidentləri" və bir sıra "məmurlar" qaçmağı bacararaq Ermənistana keçə biliblər.

Bu gün isə tanınmış erməni bloger Mika Badalyan yayılan bu məlumatların uydurma olduğunu deyib.

"İnternetdə oktyabrın 1-i axşam saatlarında Dağlıq Qarabağının keçmiş "prezident"lərinin, "hökumət" üzvlərinin əksəriyyətinin və təhlükəsizlik qüvvələrinin rəhbərliyinin Ermənistana qayıtması xəbəri yayıldı. Məlumat həqiqəti əks etdirmir. Yuxarıda adı çəkilən şəxslər hələ də Qarabağdadırlar", - o deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti