Tehranda daha iki kitab mağazası möhürlənib
“Dey” kitab mağazası İnstaqram səhifəsində mağazanın “növbəti xəbərdarlığa qədər” bağlandığını yazıb. Kitab mağazasının rəhbərliyi istifadəçilərin bağlanma səbəbi barədə suallarına cavab olaraq, təəssüf hissi ilə fəaliyyətlərinin dayandırığını bildiriblər.
Eyni zamanda, “Kitab Xanə” mağazası onun bağlanması barədə yayılan xəbərləri təsdiqləyib.
Bundan əvvəl Tehranda və İranın digər şəhərlərində bir sıra kitab mağazaları və kitab kafeləri “gələn qadınların hicaba riayət etməməsi" ittihamı ilə Polis Baş idarəsi tərəfindən möhürlənib.
AzVision.az