Ermənistanda 4 nəfər güllələnib

   Ermənistanda    4 nəfər    güllələnib
  02 Oktyabr 2023    Oxunub:676
Ermənistanda xeyli sayda insanın yaralanmasına səbəb olan silahlı insident baş verib.
AzVision.az xəbər verir ki, bu barədə "Shamshyan" kriminal xəbər saytı məlumat yayıb. Qeyd edilir ki, atışma Kotaykda olub. Silahlı qarşıdurmadan sonra dörd nəfər yaralı halda xəstəxanaya aparılıb.

"Vətəndaşların mülki avtomobildə "Surb Qriqor Lusavoriç" tibb məntəqəsinə aparıldığı bildirilir. Onlarda güllədən başqa bıçaq xəsarətləri də var. Hadisə yerində gilizləri və qan izləri aşkar edilib. Müstəntiqlər araşdırmaları davam etdirirlər. Hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını və zərərçəkənlərin kimliyini müəyyənləşdirir", - nəşr yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   İnsident  





Xəbər lenti