İranda tələbələrə dəstək məktubunu imzalayan professor işdən çıxarılıb

İranda tələbələrə dəstək məktubunu imzalayan professor işdən çıxarılıb
  02 Oktyabr 2023    Oxunub:1047
İranda universitet professorlarının işdən “qovulması” və işlərinin “dayandırılması” dalğası səngimir.
AzVision.az xəbər verir ki, bu repressiya dalğasının növbəti qurbanlarından biri Beheşti universitetinin İqtisadiyyat və Siyasi elmlər fakültəsinin professoru Yədullah Dadgər olub.

Tələbə həmkarlar ittifaqı şuraları onun fəaliyyətini dayandırmasının səbəbinin “bu universitetin professorlarının ötən il etirazçı tələbələrə dəstək məqsədilə imzaladığı kollektiv məktub” olduğunu iddia edirlər.

Beheşti universitetinin, xüsusən də İqtisadiyyat və Siyasi elmlər fakültəsinin tələbələri “bu professorun kurslarının dayandırılmasına və işdən çıxarılmasına kəskin etirazlarını və narazılıqlarını” bildiriblər.

İranın müxtəlif universitetlərində onlarla professor yeni tədris ili öncəsi işdən çıxarılma və fəaliyyətlərinin dayandırılması əmrləri ilə üzləşiblər.

Hökumət rəsmiləri “vəzifəsi dayandırılmış” və “qovulmuş” professorların tam sayını rəsmi olaraq açıqlamasalar da, Elm nazirliyinin sözçüsü Rəisi administrasiyası fəaliyyətə başlayandan bəri ən azı 58 universitet professorunun işdən çıxarıldığını təsdiqləyib.
AzVision.az


Teqlər: İran   professorlar  





Xəbər lenti