"Ukraynada 23 milyon əhali qalıb" - Azarov
Azarov qeyd edib ki, hazırda Ukraynada səfərbərlik sürətləndirilmiş templə davam edir. Onun sözlərinə görə, hərbi komissarlara ən azı bir il aktiv hücum qüvvələri üçün resurslar toplamaq tapşırığı verilib.
Eyni zamanda, Azarov xatırladıb ki, sentyabrın əvvəlində Ukrayna Müdafiə Nazirliyi hərbi xidmətə çağırışla bağlı şərtlər və tələblərə düzəlişlər edib. İndi HİV, hepatit və psixi pozğunluğu olan insanlar da səfərbər oluna bilərlər. Oktyabrın 1-dən isə Ukraynada tibb və ya əczaçılıq ixtisası olan qadınlardan hərbi xidmət üçün qeydiyyatdan keçmək tələb olunur.
Tural Tağıyev
AzVision.az
Teqlər: Ukrayna