Tehran, Karakas və Dəməşq arasında üçtərəfli saziş imzalanıb
Sözügedən saziş çərçivəsində İranın gündə 140 min barrel neft emal etmək üçün Hümsdə zavod tikəcəyi bildirilir. İranın Milli Neft məhsullarının emalı və paylama şirkətinin baş direktoru Cəlil Salari Tehran, Karakas və Dəməşq hökumətlərinin tezliklə “maliyyələşdirmə və tikinti mərhələsinə keçəcəklər”ini qeyd edib.
“Sorğular göstərdi ki, Suriya və onun qonşu ölkələrinin neft məhsullarına ehtiyacı var. Suriyanın Hüms və Baniasda mövcud iki neftayırma zavodunun yanında yeni neft emalı zavodunun tikintisi ehtiyac kimi qəbul edilib”, - Cəlil Sarari deyib.
Hümsdə yeni neft emalı zavodunun tikintisi yönündə tədqiqatlar İran Milli neft şirkətinin bir qrupu tərəfindən aparılıb. İmzalanan memoranduma əsasən, Hüms neft emalı zavodunun ehtiyacı olan neft “İran və Venesuela neftinin birləşməsi” vasitəsilə tədarük ediləcək.
AzVision.az