İranın məhkəmə sisteminin birinci müavininin 2 oğlu həbs edilib

İranın məhkəmə sisteminin birinci müavininin 2 oğlu həbs edilib
  02 Oktyabr 2023    Oxunub:990
İranın Məhkəmə hakimiyyəti sisteminin birinci müavini Məhəmməd Müsəddiq Köhnmuyinin iki oğlu çirkli pulların yuyulması və qaçaqmalçılıqda iştirak ittihamı ilə həbs olunub.
AzVision.az SEPAH-a yaxın “Tasnim” agentliyinin məlumatına istinadən xəbər verir ki, ötən həftə məhkəmə sisteminin sözçüsü qurumun yüksək vəzifəli məmurlarından birinin övladlarının həbs edildiyini açıqlasa da, onların adlarını və kimliklərini qeyd etməyib.

Məlumatda bildirilir ki, təqribən səkkiz ay bundan əvvəl çirkli pulların yuyulması, qaçaqmalçılıq və bəzi digər qanun pozuntuları ittihamı ilə şəxsi iş məhkəmə sisteminin gündəmində olub. Məhkəmə hakimiyyətinin başçısı isə bu işi məhkəmə sisteminin və SEPAH kəşfiyyatına həvalə edib.

“Tasnim” agentliyinin məlumatına görə, araşdırmalar nəticəsində aydın ədliyyənin birinci müavininin övladlarından ikisinin də bu şəbəkədə olub və indiyədək bununla bağlı 8 nəfər həbs edilib.
AzVision.az


Teqlər: İran   korrupsiya  





Xəbər lenti