Sepidə Rəşnu: “Məhkəməyə hicabsız gedəcəyəm”

   Sepidə Rəşnu:    “Məhkəməyə hicabsız gedəcəyəm”
  02 Oktyabr 2023    Oxunub:969
Məhsa Əmininin ölümündən 3 ay əvvəl məcburi hicaba etiraz etdiyinə görə həbs olunan və işgəncələrə məruz qalan gənc qadın Sepidə Rəşnu məhkəməyə hicabsız çıxacaq.
AzVision.az xəbər verir ki, öz instagram hesabında hicabsız şəkilini paylaşan Sepidə Rəşnu, ona qarşı “korrupsiyaya, fahişəliyə və rejimə qarşı təbliğata təşviq etmək” kimi ittihamların irəli sürüldüyünü açıqlayıb.

“Qadın, Həyat, Azadlıq” aksiyaları başlamamışdan əvvəl həbs olunan Rəşnu, ittihamlar üzrə təqsirli olmadığını vurğulayaraq, “geyim seçmək, başına gələnləri yazmaq hüququnu və “qadın” olmağını müdafiə etmək üçün” məhkəməyə gedəcəyini bildirib.

Tərcüməçi və redaktor Sepida Rəşnu bu ilin iyun ayında yenidən istintaqa çağırıldıqdan sonra bir milyard tümən girov müqabilində sərbəst buraxıldığını, həmçinin Tehranı tərk etmək qadağası və Əl-Zəhra universitetindən qovulduğunu bildirmişdi.
AzVision.az


Teqlər: İran   Rəşnu  





Xəbər lenti