İran XİN: "Tehran Vaşinqtonla birbaşa danışıqlar aparmır"

   İran XİN:    "Tehran Vaşinqtonla birbaşa danışıqlar aparmır"
  02 Oktyabr 2023    Oxunub:825
İran ABŞ-la birbaşa danışıqlar aparmır və hazırda Vaşinqtonla birbaşa danışıqlar planı yoxdur.
AzVision.az xəbər verir ki, İranın Xarici İşlər nazirliyinin sözçüsü Nasir Kənani belə bəyanatla çıxış edib.

“Bəzi dost ölkələrin təklif etdiyi təşəbbüslər və planlar, o cümlədən Oman Sultanının təşəbbüsü nə yeni razılaşma, nə də yeni plandır. Əksinə, JCPOA (İranın nüvə problemi üzrə 5+1 formatı) üzvlərinin fikirlərini yaxınlaşdırmaq və bütün tərəfləri 2015-ci ildə əldə edilmiş JCPOA razılaşmasına qaytarmaq üçün praktiki təşəbbüsdür”, - Kənani deyib.

Ötən həftə İran rəsmilərinin Vaşinqtonla birbaşa danışıqlara icazə verməsi, eləcə də Omanda ABŞ-la birbaşa danışıqların mümkünlüyü barədə xəbərlər dərc olunarkən də belə açqılamalar səsləndirilib.

Kənani, öz növbəsində, bu gün keçirdiyi mətbuat konfransında “diplomatiya və məktublaşma mübadiləsi prosesinin açıq olduğunu və bu prosesin davam etdiyini” vurğulayıb.
AzVision.az


Teqlər: İran   ABŞ  





Xəbər lenti