Erməni model terror təşkilatına qoşuldu: "VOMA" hansı işlərlə məşğuldur?

  Erməni model terror təşkilatına qoşuldu:  "VOMA" hansı işlərlə məşğuldur?
  02 Oktyabr 2023    Oxunub:1613
Məşhur Gucci brendinin 2019-cu ildə podiuma çıxardığı erməni model Armine Arutyunyan "VOMA" adlı erməni terror təşkilatına qoşulduğunu və Azərbaycana hücum edəcəklərini açıqlayıb.
O, bu barədə təşkilata bağlı olan sayta müsahibəsində deyib.

"Azərbaycanla qeyri-adi döyüşə hazırlaşırıq”, - model bildirib.


telegram.org

Qeyd edək ki, "VOMA" “VoxjMnaluArvest" sözünün qısaldılmış formasıdır. Tərcüməsi "həyatda sağ qalmaq sənəti" deməkdir. Təşkilata erməni əsilli Rusiya vətəndaşı, 1965-ci il təvəllüdlü Vladimir Vartanov adlı kəşfiyyatçı rəhbərlik edir və o, hazırda ermənilərdən silahlılar cəlb etməklə terror təşkilatını aktivləşdirib. "VOMA" PKK və "ASALA"dan ciddi dəstək alır.

Əsassız Soyqırım İddiaları ilə Mübarizə Dərnəyinin rəhbəri Savaş Eğilmez yazır:

“Azərbaycan Baş Prokurorluğunun qeydlərinə görə, təşkilat Qarabağ müharibəsi zamanı Xankəndi ətrafında ciddi fəallıq göstərmiş, həm Azərbaycan hərbiçilərinə, xüsusən də mülki əhaliyə qarşı vəhşicəsinə hücumlar etmiş, dinc əhaliyə divan tutmuşdur. Bu vəziyyət sənədlərdə açıq-aydın görünür".

Terror təşkilatının iş sistemi ilə bağlı məlumat verən Eğilmez əlavə edir: “18-55 yaş arası insanları pul qarşılığında toplayır, Avropadan gələn iştirakçıların uçuşu da daxil olmaqla bütün xərclərini qarşılayır. Onlara Ermənistanda çox ciddi təlim keçirlər.

Bu təlimdə istefada olan hərbçilərdən və rabitə mütəxəssislərindən dağda sağ qalma, odlu silahdan istifadə, bıçaqdan istifadə və digər insanlarla ünsiyyət qurmaq mövzusunda təlim alırlar".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti