Erməni lobbisi Tehranda mitinq keçirmək istəyir

Erməni lobbisi Tehranda mitinq keçirmək istəyir
  02 Oktyabr 2023    Oxunub:1036
İran parlamentinin bir qrup erməni deputatı və İrandakı erməni arxiyepiskopu ölkənin Daxili İşlər Nazirliyinə müraciət edib.

Bu barədə yerli media məlumat yayıb. Qeyd edilir ki, onlar paytaxt Tehranda və Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində mitinq keçirmək üçün hakimiyyət orqanları ilə lobbiçilik səylərinə başlayıblar.

Azərbaycana ittiham xarakterli “Qarabağda ermənilərin "soyqırımı” adı altında keçirilməsi planlaşdırılan bu aksiya ilə bağlı icazə sorğusu Daxili İşlər Nazirliyinə təqdim edilib. Ermənilərin rəsmi icazə almaq üçün mühafizəkar və islahatçı fraksiyanın tanınmış simaları vasitəsi ilə lobbiçilik fəaliyyətini də davam etdirirlər.

AzVision.az



Teqlər: İran  





Xəbər lenti