İran cənub və mərkəzi rayonlarda genişmiqyaslı təlimlər keçirəcək

İran cənub və mərkəzi rayonlarda genişmiqyaslı təlimlər keçirəcək
  02 Oktyabr 2023    Oxunub:764
İran silahlı qüvvələri ölkənin mərkəzi və cənub bölgələrində irimiqyaslı təlimlər keçirəcək.
AzVision.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Qeyd edilir ki, təlimlərdə quru qoşunları, aviasiya, dəniz qüvvələri və zenit-raket hücumundan müdafiə bölmələri iştirak edəcək.

Bundan başqa, döyüş təyyarələrinin istifadəsinə xüsusi diqqət yetiriləcək. Məqalədə o da vurğulanır ki, son illərdə iranlı hərbi mütəxəssislər və mühəndislər geniş çeşiddə silahların, o cümlədən pilotsuz uçuş aparatlarının istehsalında mühüm irəliləyiş əldə ediblər.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti