O, separatçıların "dövlət naziri" vəzifəsini tutmuş cinayətkar Ruben Vardanyanın həbsini alqışlayıb.
Eks-prezident
X sosial şəbəkəsində yazıb: "Azərbaycan Rusiyanın Ukraynaya təcavüzünə fəal dəstək verən rusiyalı milyarder Ruben Vardanyanı, eləcə də qondarma qurumun "Cənubi Osetiya", "Abxaziya" ilə əlaqələrini inkişaf etdirən “xarici işlər naziri” David Babayanı həbs edib. Bu gün yuxarıda adını çəkdiyim işğal olunmuş ərazilər öz tərəfdaşını itiriblər, qondarma “Artsax” özünü ləğv etdiyini açıqlayıb".
Saakaşvili həmçinin paylaşımında Gürcüstan və Ukraynadakı proseslərə də toxunub.
O, qeyd edib ki, “bizim qarşımızda unikal imkanlar açılır və bu imkanları əldən versək, gələcək nəsillər bizi bağışlamayacaq... Bu missiya Gürcüstanın ərazi bütövlüyünün sülh yolu ilə bərpası və Avropa ailəsinə qoşulmasıdır”.
Tural Tağıyev
AzVision.az