Polşalı siyasətçi sərsəmlədi: "Bu 106 yaşlı erməni qadın..."

      Polşalı siyasətçi sərsəmlədi:    "Bu 106 yaşlı erməni qadın..."
  03 Oktyabr 2023    Oxunub:807
Polşalı siyasətçi Tomaş Lex Buçek növbəti dəfə Azərbaycan əleyhinə sərsəm fikirlər səsləndirib.
AzVision.az xəbər verir ki, ermənipərəst mövqeyi ilə seçilən Buçek Azərbaycanın Qarabağ bölgəsinə qondarma "Artsax" deməklə yanaşı dövlətçiliyimizi də aşağılamağa çalışıb. Polşalı siyasəti yazıb ki, "Qarabağda yaşamış və az qala 106 yaşı olan erməni qadın artıq Gorusda təhlükəsiz yerdədir".

Buçek həmçinin qeyd edib ki, "O, 1918-ci ildə anadan olub, Azərbaycan dövlətindən də yaşlıdır. Hər şey bitdi...”.

Qeyd edək ki, erməni konyakı ilə açıqlamalar verən Buçek mütəmadi olaraq işğalçı xalqı və keçmiş qondarma rejimi müdafiə edir, daim Azərbaycan və Türkiyəni "soyqırımı" siyasətində suçlayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti