Qriqoryan İran prezidenti ilə nələri müzakirə edib?

 Qriqoryan İran prezidenti ilə nələri müzakirə edib?
  03 Oktyabr 2023    Oxunub:895
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və İran prezidenti İbrahim Rəisi regiondakı təhlükəsizlik məsələlərini müzakirə ediblər.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, tərəflər sərhədlərin toxunulmazlığı prinsipinə hörmətlə yanaşmanın və münaqişələrin dialoq yolu ilə həllinin vacibliyini vurğulayıblar.

Onlar Ermənistan-İran münasibətləri mövzusuna da toxunublar, əlaqələrin müxtəlif sektorlarda inkişafının davamlılığını qeyd ediblər.

Tural Tağıyev
AzVision.az



Teqlər: İran  





Xəbər lenti