Pompeo: "Ukraynadakı münaqişə ABŞ-ni zəiflədib, avropalıların vəziyyəti isə pisləşib"
“Bayden vəzifəyə gələndən sonra dünyada təhlükəsizlik atmosferi daha da zəifləyib. Bu həm Amerika, həm də bizim bütün müttəfiqlərimizin vətəndaşlarına aidddir. Biz Əfqanıstanda həlak olmuş 13 vətəndaş itirmişik ki, bu da yaxın keçmişimizdə vətəndaşlarımızın hüquqlarının qorunması işində bizim ən böyük uğursuzluqlarımızdan biridir. Vəziyyət üzərində nəzarəti itirdiyindən Amerika Ukraynadakı hadisələrə görə daha da zəifləyib. Bunun nəticəsində avropalılar və bizim hər birimiz pis vəziyyətə düşmüşük”, - Pompeo deyib.
Donald Trampın prezidentliyi dövründə 2018-ci ilin aprelindən 2021-ci ilin yanvar ayınadək ABŞ-nin Dövlət katibi olmuş Mayk Pompeo bu fikirləri Afinada keçirilən 1-ci Amerika-Ararlıq dənizi investisiya forumu çərçivəsində Yunanıstanın “Katimerini” qəzetinə verdiyi müsahibədə səsləndirib.
Sahil İsgəndərov
AzVision.az