Azərkeşlər "Şərəfsiz" şüarları ilə Süleymaninin büstünü zibillədilər - VİDEO

 Azərkeşlər "Şərəfsiz" şüarları ilə Süleymaninin büstünü zibillədilər  - VİDEO
  03 Oktyabr 2023    Oxunub:1081
Dünən məşhur fansalı futbolçu Kerim Benzemanın çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu ilə İranın “Sepahan” komandası arasında keçirilməsi planlaşdırılan matç ləğv olunub.
Buna oyundan öncə Tehranın "Nəqş-e-Cahan" stadionunda siyasi qalmaqalın yaranması səbəb olub.

Süleymaninin banerinə od vuruldu - VİDEO
Ərəb klubu Qasım Süleymaninin büstünün oyunçuların meydana çıxdığı hissəyə gətirilməsinə etiraz edib və futbolçular meydana çıxmayıblar.

Bu gün isə stadionunda qoyulmuş məlum büstün azarkeşlər tərəfindən təhqir olunmasını əks etdirən görüntülər yayılıb. Videodan aşkar görünür ki, azarkeşlər Süleymaninin büstünü zibil atəşinə tuturlar.

Bundan başqa, etiraz edən kütlə Süleymaninin əleyhinə "Şərəfsiz!" şüarı da səsləndiriblər.

AzVision.az



Teqlər:   İran   Stadion  





Xəbər lenti