Zahidanda “Starlink” avadanlığı alan beş adam həbs olunub

Zahidanda “Starlink” avadanlığı alan beş adam həbs olunub
  03 Oktyabr 2023    Oxunub:617
Zahidanda İranın təhlükəsizlik qüvvələri 5 vətəndaşı bu şəhərə “rabitə avadanlığı və Starlink gətirdikləri” üçün həbs ediblər.
AzVision.az SEPAH-a yaxın “Təsnim” agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, saxlanılan şəxslərin casus təkilatı ilə əlaqədə olduqları iddia edilir.

“Bir casus təşkilatı bu avadanlıqları Zahidanda müəyyən hərəkata göndərib və onların arasında bu avadanlıqları alaraq idarə edən beş effektiv casus Zahidanda həbs olunub. Həbs edilənlərdən bəzilərinin terrorçu-sionist media ilə keçmişdə əlaqələri olub”, - məlumatda deyilir.

Böyük ehtimalla, “Təsnim” agentliyi müəyyən hərəkat dedikdə Zahidanda etirazçıları və Zahidanın sünni imamı Mövləvi Əbdülhəmidin tərəfdarlarını nəzərdə tutur.

Maraqlıdır ki, bir müddət əvvəl “SpaceX” və “Starlink” peyk internetinin sahibi İlon Mask İsrailin baş naziri ilə görüşündə İranda “Starlink” internet şəbəkəsi qurduqdan sonra Tehranın ona məktub göndərdiyini və bu hərəkətdən narazı olduğunu bildirib.
AzVision.az





Teqlər: İran   Starlink  





Xəbər lenti