İsrail İranın Suriyadakı mövqelərini vurdu

İsrail İranın Suriyadakı mövqelərini vurdu
  03 Oktyabr 2023    Oxunub:620
Suriyanın müxalif mediası İsrail təyyarələrinin ölkənin şərqindəki Deyr əz-Zor bölgəsində əməliyyat keçirməsi barədə məlumat yayıb.
Saytlar yazır ki, əməliyyat zamanı İslam Respublikasına bağlı yaraqlıların mövqeləri hədəfə alınıb.

Suriyanın dövlət xəbər agentliyi SANA da İsrailin hücumlarından yazıb. Məlumata görə azı iki suriyalı əsgər yaralanıb.

Qeyd edilir ki, hava hücumlarında İraq-Suriya sərhədi yaxınlığındakı Əl-Bukamal məntəqəsi vurulub. Digər hücumların isə əl-Məyadin və Deyr əz-Zor şəhərləri yaxınlığında baş verdiyi bildirilir.
AzVision.az



Teqlər: İsrayıl   İran   Suriya  





Xəbər lenti