Vaşinqton: "İran JCPOA-ya qayıtmaq üçün hələ çox yol keçməlidir"

   Vaşinqton:    "İran JCPOA-ya qayıtmaq üçün hələ çox yol keçməlidir"
  03 Oktyabr 2023    Oxunub:906
İran gərginliyi azaltmaq və JCPOA-ya (İranın nüvə problemi üzrə 5+1 formatı) qayıtmaq üçün hələ çox addımlar atmalıdır.
AzVision.az xəbər verir ki, ABŞ Dövlət departamentinin sözçüsü Mettyu Miller keçirdiyi mətbuat konfransında belə bəyanta verib.

“Nəzərə alsaq ki, onlar bir neçə həftə əvvəl MAQATE-nin müfəttişlərinin lisenziyasını ləğv ediblər, biz JCPOA-ya qayıtmaq barədə düşünmək fikrindən belə uzağıq”, - Miller deyib.

Millerin bu bəyanatı əslində onsdan bir neçə saat əvvəl İranın Xarici İşlər nazirliyinin sözçüsü Nasir Kənaninin açıqlamasına cavab olub.

- Əgər qarşı tərəfin JCPOA-ya qayıtmaq istəyi varsa, İran da bu istiqamətdə kömək etməyə hazırdır”, - Kənani bildirmişdi

Mettyu Miller, həmçinin İrannın Antarktidada baza yaratmaq qərarını elan edən İran Hərbi Dəniz qüvvələri komandirinin bəyanatına cavab olaraq, Antarktika müqaviləsinə əsasən bu qitədə heç bir hərbi bazanın yaradılmamasına icazə verilmədiyini xatırladıb.
AzVision.az




Teqlər: İran   Miller  





Xəbər lenti