7-ci İnkişaf Planı iranlı işçilərin geniş təbəqəsini hüquqlarından məhrum edir

7-ci İnkişaf Planı iranlı işçilərin geniş təbəqəsini hüquqlarından məhrum edir
  03 Oktyabr 2023    Oxunub:888
Hazırda İslam Şurasında nəzərdən keçirilən 7-ci İnkişaf proqramı sosial təminat təşkilatını “dar çərçivə”yə salacaq və İranda “geniş təbəqənin” hüquqlarını məhrum edəcək.
AzVision.az Əmək Evi baş katibinin müavini və əmək icması veteranları birliyinin rəhbəri Həsən Sadiqinin açqılamasına istinadən xəbər verir ki, hökumətin və müxtəlif dövlət qurumlarının 7-ci İnkişaf planına etdiklıəri əlavələr sənədin tarazlığına öz neqativ təsirini göstərib.

“Onlar gözlənilmədən qanun layihəsinə hər biri işləyən və təqaüddə olan işçilərin həyatına təsir edən 120 maddə əlavə etdilər. Bu qanun layihəsi resurslara və xərclərə təsir edir və onun balansını pozur. Proqramın həyata keçirilməsi nəticəsində yaranan qeyri-sabitlik külək kimi od vurub sosial təminat təşkilatının vəziyyətini bugünkündən daha da pisləşdirəcək. İşəgötürənə harada və hansı ölkədə cüzi əməkhaqqı ilə minimum əməkhaqqından daha az və sığortasız işçi işə götürməyə icazə verilir? Necə imkan verirsiniz ki, geniş işçi təbəqəsi belə hüquqlardan məhrum edilsin?” - Sadiqi deyib.

Son illər fəhlələr və təqaüdçülər öz acınacaqlı həyat şəraitlərinə qarşı çoxlu etiraz aksiyaları keçirsələr də, İran hökuməti hələ də onların tələblərinə cavab verə bilmir və ya cavab vermək istəmir.
AzVision.az



Teqlər: İran   işçilər  





Xəbər lenti