AzVision.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi rəhbərinin birinci müavini Konstantin Zatulin deyib. O qeyd edib ki, KTMT Rusiyanın hərbi-siyasi maraqlarının onunla razılaşanlarla həyata keçirilməsi formasıdır. "Ermənistana gəlincə, mənə elə gəlir ki, o, indi KTMT-dən ayrılmaq, ondan çıxmaq istəyini nümayiş etdirir və bu, tamamilə mümkündür. Bu o demək deyil ki, KTMT fəaliyyətini dayandıracaq. Bu o deməkdir ki, Ermənistan bundan sonra KTMT-nin üzvü olmayacaq”, - Zatulin deyir.
Qeyd edək ki, 2023-cü ilin yanvarında Ermənistan hakimiyyəti öz ərazilərində KTMT təlimləri keçirməkdən imtina etdiklərini bəyan edib. Sentyabrda İrəvan KTMT-dəki daimi nümayəndəsini geri çağırıb.
AzVision.az