Sepidə Rəşnunun məhkəməsi özünün iştirakı olmadan keçirilib

Sepidə Rəşnunun məhkəməsi özünün iştirakı olmadan keçirilib
  03 Oktyabr 2023    Oxunub:854
Bazar ertəsi ona qarşı irəli sürülən ittihamlarla bağlı məhkəmə iclasında iştirak etməli olan Sepidə Rəşnu bu iclasa gəlməyib.
AzVision.az İranın ədliyyə sisteminin rəsmi “Mizan” agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, Rəşnunun məhkəməyə gəlməməsi ilə bağlı onun vəkili müdafiə qanun layihəsini bu işə baxan şöbəyə təqdim edib. Məhkəmə hakimi iş üzrə hökmün gələn həftə veriləcəyini bildirib.

Məhsa Əmininin ölümündən 3 ay əvvəl həbs olunaraq döyülən Sepidə Rəşnu məcburi hicaba qarşı çıxaraq hicabsız çəkilmiş yeni fotosunu dərc edib. O, bazar ertəsi vəkili ilə məhkəməyə gələrək özünü müdafiə edəcəyini yazıb.

Lakin məhkəmə iclasında məcburi hicabsız iştirak edəcəyini bildirdiyindən, görünür, məhkəmənin reqlamenti onun prosesdə iştirakına mane olub.
AzVision.az



Teqlər: İran   Rəşnu  





Xəbər lenti