"Rusiya istəməzdi ki, Putin nə vaxtsa Ermənistana səfərdən imtina etməli olsun"

   "Rusiya istəməzdi ki, Putin nə vaxtsa Ermənistana səfərdən imtina etməli olsun"
  03 Oktyabr 2023    Oxunub:857
Rusiya tərəfi istəməzdi ki, prezident Vladimir Putin nə vaxtsa Ermənistana səfərdən imtina etməli olsun.
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.

"Əlbəttə, istəməzdik ki, nə vaxtsa hər hansısa səbəbdən prezident Ermənistana səfərlərdən imtina etməli olsun", - Peskov deyib.

Qeyd edək ki, bu gün Ermənistan parlamenti Roma statutunu səs çoxluğu ilə ratifikasiya edib. Belə ki, 60 deputat statutun ratifikasiyasının lehinə səs verib. Müxalif “Ermənistan” və “Şərəfim var” fraksiyalarından 20 deputat statutun ratifikasiyasının əleyhinə səs veriblər.

Xatırladaq ki, Haaqa tribunalı Rusiya Prezidenti Vladimir Putinin həbsinə dair qərar çıxarıb. Beləliklə, Roma Statutunun ratifikasiyası ilə Vladimir Putin Ermənistan ərazisinə səfər edərsə, həbs edilməlidir.

AzVision.az


Teqlər:





Xəbər lenti