Putin Təhlükəsizlik Şurasının üzvləri ilə görüş keçirəcək

Putin Təhlükəsizlik Şurasının üzvləri ilə görüş keçirəcək
  03 Oktyabr 2023    Oxunub:781
Rusiya prezidenti Vladimir Putin bu gün ölkənin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ görüş keçirəcək.
Bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib. Kreml nümayəndəsi dəqiqləşdirib ki, Rusiya lideri hazırda Moskva yaxınlığındakı Novo-Oqarevo iqamətgahında işləyir.

“Axşama doğru prezident Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ görüş keçirəcək”, – Peskov qeyd edib. Onun sözlərinə görə, iclasın gündəliyi açıqlanacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti