İsrail minlərlə nasistin Kanadaya qaçdığının tanınmasını tələb edir
O qeyd edib ki, “Qalisiya” SS diviziyasının keçmiş əsgəri 98 yaşlı Yaroslav Hunka ilə qalmaqaldan sonra Kanada parlamenti sədrinin istefası ilk addımdır. Kotler-Vunş xatırladıb ki, Kanada İkinci Dünya Müharibəsindən sonra 2000-dən çox nasist və onların ortaqlarını və ya işbirlikçilərini cinayət təqibi olmadan qəbul edib: "Müharibə zamanı isə Kanada yəhudi qaçqınlarını qəbul etməkdən imtina edib".
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Kanadaya səfəri zamanı “Qalisiya” SS diviziyasının keçmiş əsgəri 98 yaşlı Yaroslav Hunkanı salamlayıb.
İkinci Dünya müharibəsi illərində Birinci Diviziya Ukrayna könüllüləri arasından toplanmış faşist Almaniyasının qoşunlarının taktiki quruluşu idi. Zelenski ilə birlikdə nasisti Kanadanın baş naziri Castin Trüdo da salamlayıb.
Nəticədə hər iki liderin bu addımı müzakirələrə səbəbə olub və bir sıra dövlət rəsmiləri baş vermiş hadisəni İkinci Dünya Müharibəsi zamanı baş vermiş rasizmin dəstəklənməsi kimi qiymətləndirib. Daha sonra Kanada parlamentinin spikeri Entoni Rota nasisti qanunverici orqana dəvət edilməsi və onu tərifləməsi qalmaqalı fonunda istefa verdiyini bildirib.
AzVision.az
Teqlər: