Peskov: "Ermənistanın Roma Statutunu ratifikasiya etməsi yanlış qərardır"
“İkitərəfli münasibətlər nöqteyi-nəzərindən Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmasının düzgün addım olduğuna şübhə ediirk. Biz hələ də hesab edirik ki, bu, yanlış qərardır”.
Peskov bildirib ki, Ermənistanın Roma Statutuna qoşulması Rusiya üçün həll yolu tapmağı tələb edəcək.
"Bizim təmaslarımız daim müxtəlif səviyyələrdə aparılır və qarşıda bu mövzuda ciddi danışıqlarımız var. Biz bu məsələdə hansısa diplomatik həll yolunu axtarmalıyıq", - o, vəziyyəti şərh edərkən deyib.
O əlavə edib ki, məsələnin hüquqi nüanslarını anlamaq lazımdır. Peskov həmçinin xatırladıb ki, Vladimir Putinin və Prezidentin Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın həbsinə dair orderi “tamamilə qeyri-qanuni və əhəmiyyətsiz” hesab edir.
"Ermənistanda müəyyən aktların beynəlxalq hüquqdan üstün ola bilməsini aydınlaşdırmaq lazımdır. Çünki əslində indi bu, Ermənistan üçün beynəlxalq hüquqi vəziyyətdir və ya istisnalar üçün xüsusi şərtlər təqdim edə bilməzlər”, - Peskov bildirib.
AzVision.az
Teqlər: