Rusiyalı Senatorlar İrəvanı sərt tənqid ediblər

 Rusiyalı Senatorlar İrəvanı sərt tənqid ediblər
  03 Oktyabr 2023    Oxunub:920
"Ermənistan Rusiyaya qarşı açıq-aşkar qeyri-dost addım atıb".
Bunu Rusiya Federasiya Şurasının Konstitusiya qanunvericiliyi və dövlət quruculuğu komitəsinin sədri Andrey Klişas deyib. Senator rəsmi İrəvanı Rusiya ilə mübarizə aparan təşkilata dəstək verməkdə ittiham edib: "Ermənistan öz hüquq sistemini Rusiya ilə qaydasız siyasi müharibə aparan siyasiləşmiş kvazi-məhkəmə təşkilatına tabe etməklə Rusiya Federasiyasına qarşı açıq-aşkar qeyri-dost addım atıb".



Rusiya Federasiya Şurası sədrinin müavini Konstantin Kosaçev də Ermənistan parlamentinin Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu ratifikasiya etməsini şərh edib. O vurğulayb ki, Roma statutunun istənilən dövlət tərəfindən ratifikasiyası hüquqi suverenliyin itirilməsindən başqa bir şey demək deyil: “Bu, özlüyündə alçaldıcıdır. Məhz bu səbəbdən həqiqətən suveren dövlətlər, o cümlədən Rusiya, ABŞ, Hindistan, Çin, Türkiyə, Səudiyyə Ərəbistanı, İsrail, İran və başqaları Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmur".

Qeyd edək ki, Ermənistan parlamenti oktyabrın 3-də Roma statutunu ratifikasiya edib. Sənədin lehinə 60, əleyhinə 22 deputat səs verib. Roma statutunun qüvvəyə minməsi üçün sənədi Ermənistan prezidenti imzalamalıdır. Bundan sonra sənəd 60 gün ərzində qüvvəyə minəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti