Rusiyada pensiyaçıların sayı bir ilə 1,1 milyon artıb

Rusiyada pensiyaçıların sayı bir ilə   1,1 milyon artıb
  04 Oktyabr 2023    Oxunub:1038
Rusiyada pensiyaçıların sayı 2023-cü ildə 1,1 milyon nəfər artıb. Bu rəqəm 2024-cü ildə 569 min nəfər təşkil edəcək.
AzVision.az xəbər verir ki, bu barədə "RBK" telekanalı Sosial Fondun növbəti üç il üçün nəzərdə statistikasına istinadən məlumat yayıb.

Rusiyada pensiyaçıların sayında artım pensiya islahatının aparıldığı 2019-cu ildən bəri ilk dəfə qeydə alınıb. Bununla da il ərzində Rusiya Sosial Fondunun ərazi orqanları vasitəsilə pensiya alan vətəndaşların sayı 41,78 milyon nəfərdən 43,47 milyon nəfərə yüksələcək.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti