Koordinasiya qrupu: "Ukrayna təyyarəsi ilə bağlı İranla danışıqlar mümkün deyil"

   Koordinasiya qrupu:    "Ukrayna təyyarəsi ilə bağlı İranla danışıqlar  mümkün deyil"
  04 Oktyabr 2023    Oxunub:1098
İran SEPAH tərəfindən vurulan Ukraynaya məxsus PS-752 təyyarəsi ilə bağlı Kanada, İsveç, Ukrayna və Böyük Britaniyanın müraciətlərinə məhəl qoymamaq siyasətini davam etdirir.
AzVision.az xəbər verir ki, “PS-752 qurbanları üçün Beynəlxalq əlaqələndirmə və Cavab qrupu”nun iclasında danışıqlar yolu ilə bu məsələdə heç bir nəticə əldə etməyin mümkün olmadığı bildirilib.

“Qrupun ötən həftə İran səlahiyyətliləri ilə apardığı müzakirələrə baxsaq, mənalı irəliləyiş mümkün deyil, çünki qrup üzvlərinin və İran hakimiyyət orqanlarının mövqeləri bir-birindən çox uzaqdır. İran tam hüquqi məsuliyyəti qəbul etməkdən imtina etdikcə, koordinasiya qrupu bu mübahisənin beynəlxalq hüquq normalarına uyğun həlli üçün səylərini, o cümlədən Beynəlxalq Ədalət məhkəməsində şikayəti davam etdirəcək”, - bəyanatda deyilir.

Kanada, Böyük Britaniya, İsveç və Ukrayna daha əvvəl Ukraynaya məxsus sərnişin təyyarəsinin 2020-ci il yanvarın 8-də Tehran ətrafında vurulması, bütün 176 sərnişinin və ekipajın ölümü ilə əlaqədar BMT-nin Haaqadakı ali məhkəməsində İrana qarşı iş qaldırmışdı.

4 ölkənin Beynəlxalq Ədalət məhkəməsinə şikayətinə cavab olaraq İranın Xarici İşlər nazirliyinin verdiyi bəyanat 176 sərnişinin öldürülməsindən 3,5 ildən sonra dərc edilib.
Bəyanatda bu reysin sərnişinlərinin “öldürülməsi” və “SEPAH”ın bu təyyarəini “raket”lə hədəfə alması etiraf edilmir və bunun yalnız “qəza” olduğu vurğulanır.
AzVision.az



Teqlər: İran   Ukrayna  





Xəbər lenti