Zaxarova İrəvanı ittiham etdi: "Vacib qərarlar ictimai rəyə əsaslanmayıb"

   Zaxarova İrəvanı ittiham etdi:    "Vacib qərarlar ictimai rəyə əsaslanmayıb"
  04 Oktyabr 2023    Oxunub:838
“Ermənistan üçün ən vacib qərarlar ictimai rəyə əsaslanmadan qəbul edilir”.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Sputnik” radiosuna deyib.

“Təkcə bu gün deyil, həm də xalqın tarixi kontekstində ictimai rəyə əsaslanmadan, referendumun nəticələrinə əsaslanmadan ümummilli əhəmiyyət kəsb edən qərarlar qəbul edilir. Üstəlik, onlar seçkiyə gedərkən dedikləri hər şeyə zidd olan qərarlar qəbul edirlər. Biz heç kimi heç nəyə vadar etmirik, məsləhət vermirik, demirik ki, bu edilməli, bu edilməməli idi. Bu, sadəcə olaraq, faktın konstatasiyasıdır...
Ermənistan üçün taleyüklü məsələ ilə bağlı qərarlar erməni xalqının rəyi nəzərə alınmadan qəbul edilib. Onlar Brüssel və Parisin himayəsi altında haradasa xaricdə qəbul olundu. Bir neçə ay səslənmədi, görünür, içəridən xalqın qəzəbinə qarşı informasiya texnologiyaları sığortası hazırlayır, sonra isə baş vermiş və qaçılmaz olan bir şey kimi təqdim olunurdu. İrəvan Qərbin himayəsi ilə danışıqlara məhz bu mövqedən başlayıb. Bunu başa düşmək lazımdır”, - Mariya Zaxarova bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti